Dərc olunub: 30 may 2026
Yenilənib: 22 iyul 2026

“fm/am” bloqu çağdaş ədəbiyyat platformasıdır. 

“fm/am” ədəbiyyat bloqunda dərc olunmaq üçün təqdim edilən materiallar bundan əvvəl heç bir mətbu orqanda, onlayn media və sosial mediada dərc edilməməlidir.

bütün materiallar redaksiya heyətinin kollegial qərarı əsasında dərc olunur. redaksiya heyəti beş üzvdən ibarətdir. materialların dəyərləndirilməsi prosesində obyektivliyin qorunması üçün redaksiya heyətinin tərkibi açıqlanmır.

hekayələr redaksiya heyətinin müəyyən etdiyi meyarlara cavab verməlidir. redaksiya heyəti bu meyarlara cavab verməyən hekayələrin dərcindən imtina edə bilər.

mövqe bildirən və polemika xarakterli yazılarda arqumentasiya və əsaslandırma olmalıdır.

esselərin dəyərləndirilməsi zamanı üslub yox, məzmun əsas götürülür. psevdo-fəlsəfi, lirik-sentimental xarakterli, məzmunsuz və struktursuz mətnlər, bioqrafik və ya arayış tipli məqalələr, bədii və kinematoqrafik əsərlərin qısa məzmununu nəql edən yazılar dərc üçün qəbul edilmir.

tərcümə mətnlərədəbi tənqid öncədən redaksiya ilə razılaşdırılmalıdır. redaksiya heyəti yalnız tərifdən ibarət olan ədəbi tənqidin dərcindən imtina edə bilər.

“fm/am” ədəbiyyat bloqu şeiruşaq ədəbiyyatı nümunələri dərc etmir.

süni intellektdən istifadə şübhəsi yarandıqda redaksiya heyəti materialların dərcindən imtina edə bilər. bu qayda süni intellektin istifadəsini nəzərdə tutan konseptual ədəbiyyat nümunələrinə şamil olunmur.

plagiat şübhəsi yarandıqda redaksiya heyəti materialların dərcindən imtina edə bilər. bu qayda plagiatın istifadəsini nəzərdə tutan konseptual ədəbiyyat nümunələrinə şamil olunmur.

dərc üçün təqdim edilən mətnlərdə nifrət nitqi, hər cür formada ayrı-seçkiliyə və ya qanun pozuntusuna haqq qazandırılması, siyasi, ictimai, sosial və dini təbliğat və çağırışlar olmamalıdır.

redaksiya heyəti dərc üçün təqdim edilən mətnlərə redaktə və düzəlişlər təklif edə bilər. müəlliflər redaktə və düzəliş təkliflərini qəbul etmədikdə redaksiya heyəti materialların dərcindən imtina edə bilər.

hekayə meyarları:

hekayədə sözlərin ümumi sayı 10,000-i keçməməlidir. istisna hallarda redaksiya heyəti bu meyara uyğun gəlməyən hekayələrin dərcinə qərar verə bilər.

hekayənin düzgün qurulmuş strukturu və süjeti olmalı, kompozisiya və ədəbi texnikanın təməl qaydaları gözlənilməlidir.

hekayənin bitkinliyi və hissələrinin bir-biri ilə üzvi əlaqəsi gözlənilməli, mövzudan kənara çıxan və ya mövzu ilə ziddiyyət təşkil edən elementlərə yer verilməməlidir.

hekayənin təhkiyəsi uğurlu formada işlənməli, müəllifin seçdiyi forma öz qarşısına qoyduğu məqsədlərə və məzmunun tələblərinə uyğun gəlməlidir. 

hekayənin dili oturuşmuş ədəbi normalara uyğun olmalıdır, estetik prinsiplər və ya mövzu tələb etmədikcə, azərbaycan dilinin sintaksisi və lüğət tərkibinə yad elementlərin, dialekt sözlər və varvarizmlərin istifadəsinə yol verilməməlidir.

hekayənin üslubu kalka və ya yamsılama olmamalı, müəllifin fərdi üslubunu əks etdirməlidir. bu meyar üslub kalkası və ya yamsılamanı nəzərdə tutan konseptual ədəbiyyat nümunələrinə şamil olunmur.

materialların təqdimat qaydası:

dərc olunmaq üçün təqdim edilən materiallar elektron poçt vasitəsilə radiodeyil [at] gmail [.] com ünvanına göndərilməlidir. 

məktubun başlığında dərc üçün təqdim olunan materialın janrı və ya kateqoriyası qeyd olunmalıdır.

məktubun mətnində müəllif haqqında qısa bioqrafik məlumat verilməlidir. “fm/am” bloqu psevdonim ilə və ya anonim təqdim edilmiş materialları qəbul etmir.

təqdim edilən material .docx formatında qoşma şəklində məktuba əlavə edilməlidir.

təqdim edilən material redaktə və korrektə olunmalıdır.